Türkiyə, Azərbaycan və ABŞ hərbçiləri ilə birgə Aralıq dənizində hərbi təlimlərə başlayacaq.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, birgə keçiriləcək hərbi təlimlər sentyabrın 28-də başlayacaq və oktyabrın 7-nə kimi davam edəcək.

Baş Qərargah tərəfindən edilən şərhə görə, təlimlər Türkiyənin ev sahibliyi ilə Aralıq dənizinin şərqində keçiriləcək.

Təlimlərə NATO ölkələri ilə yanaşı Azərbaycan, Türkiyə, ABŞ, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə  Ərəbistanın da qatılacağı məlum olub.

“Mavi balina – 2018” adlanan təlimlərdə iştirakçı ölkələrin döyüş gəmiləri və dəniz aviasiyasından istifadə ediləcək.

Manevrlər zamanı hərbçilər dəniz altı, dəniz üstü və havadan həyata keçiriləcək əməliyyatların birgə koordinasiyası aparılacaq.

Türkiyə tərəfindən təlimlərdə 4 ədəd freqat, 5 ədəd sualtı qayıq, 2 ədəd korvet, patrul katerləri, üç mühafizə təyyarəsi və 6 helikopter iştirak edəcək.