Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, “Azerspace-2” orbitə “Ariane 5” daşıyıcı raketlə göndərilib.

“Ariane 5” yubiley – 100-cü buraxılışında “Azerspace-2” peykindən əlavə, Yaponiyaya məxsus “Horizons 3e” peykini də orbitə çatdırıb.

“Azerspace-2” peykinin siqnalı Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Peyk orbitdə ən azı 15 il qalacaq.