Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri ərəfəsində Avropa Komissiyası Ankaraya iqtisadi yardım edilməsinə qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Deutsche Welle” nəşri yazıb.

“Avropa İttifaqı Türkiyəyə iqtisadi yardım etmək üçün heç bir zərurət görmür”, – genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Yohannes Han Almaniya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyənin hazırkı iqtisadi problemlərinin daxili siyasi səbəbləri var:

“Avropa İttifaqı və ya onun hər hansı üzvü tərəfindən edilən yardım paketləri Ankarada vəziyyəti həll edə bilməz”.

Avropa komissarı qeyd edib ki, Avropa Birliyi Türkiyədə stabilliyin hökm sürməsində maraqlıdır.