Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

Oxu.Az-ın məlunatına görə, “İnnovasiyalar həftəsi” oktyabrın 26-30-da baş tutacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Azərbaycanda keçiriləcək tədbirdə 1000-dən çox adam iştirak edəcək.

Robot “Sofiya” Azərbaycanın milli geyimi ilə çıxış edəcək.

Qeyd edilib ki, “Sofiya”nın hər kəsi Azərbaycan dilində salamlaması da mümkündür.