Rusiya vətəndaşlığına sahib olan Hollivud aktyoru Stiven Siqal Primorsk vilayətinin qubernatoru olmaq istəyir.

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlama verib.

“Mənim ata tərəfdən ulu babalarım buralıdır. Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim”, – o bildirib.

Aktyorun bəyanatı zalda alqışla qarşılanıb.

Bu ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Stiven Siqalı işə götürüb. O, pulsuz əsaslarla mədəniyyət, incəsənət, elm, təhsil və idman sahəsində layihələrlə məşğul olacaq. Bundan başqa, həmin ay aktyor Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Siqal Rusiya vətəndaşlığını 2016-cı ilin noyabrında alıb. Pasportu ona şəxsən prezident Vladimir Putin təqdim edib.