“Eurovision 2011” qalibi Nigar Camalın müğənni Mətanət Əsədovaya söz atması cavabsız qalmayıb.
Aparıcı-prodüser Tarix Əliyev “Hər şey daxil” verilişində Nigarın içki içərkən dediyi “Limon suyu içirəm” sözlərinə belə reaksiya verib:
“Günahsız yalnız bizim peyğəmbərlərimiz, imamlarımız olub. Heç kimin ətəyində namaz qılınmaz. Heç kim heç kimi qınamasın. Kimlərsə kimlərəsə söz atır. Ola bilər gedib haradasa ölkəmizi təmsil edəsiniz. Qurban olasınız dövlətimizə. Amma bütün günü qısa ətək geyinib, ortaya düşərək Mətanətə söz atmaq olmaz. Mətanətin oxuduğunun yüzdə birini oxuyun.
İngilis dilində oxuyursuz, elə bilirsiz dünya sizindir. Yerinizi bilin. Hərə öz təbəqəsindəki müğənnilərlə dava etsin”.
Qeyd edək ki, M.Əsədovanın kişilərlə içki məclisində içərkən videosu yayılmışdı. Tənqid edilən Mətanət onun içki yox, limon suyu olduğunu demişdi. İfaçının bu sözlərini hər kəs ələ salıb.
Axşam.az