Hollivud ulduzu Ancelina Coli çəkiliş meydançasında paparassilərin fotokamerasına tuş gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Come Away” filminə görə aktrisa görünüşündə dəyişiklik edib. Belə ki, Coli sarışın olub.

Ancelina burada baş rolu ifa edir. 1900-cı illərin dəbində geyinən aktrisa saçlarını boyamaq istəməyib. Buna görə də onun obrazına uyğunlaşdırılması üçün sarı parikdən istifadə edib.