Aydan Kərimli
Aydan Kərimli

 

Kənan Hacıəkbəroğlu / AzEuroNews.com / İsveç  ►  Bu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar Aylin Fazelian, Aydan Kərimli,Turan Əliyev, İradə Əliyeva və Vüsal Quliyevdir.  Yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılan həmvətənlərimiz uğurlu nəticələr əldə ediblər.

AzEuroNews.com xəbər verir ki, azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Aydan Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.

AzEuroNews.com-un İsveç müxbiri Kənan Hacıəkbəroğlu ilə görüşən Aydan Kərimli keçirilən seçki, özü və bacısının əldə etdiyi uğurlar barədə danışıb.

Videomüsahibəni təqdim edirik: