Prezident İlham Əliyev Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.