Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► Avropa Birliyi ölkələrindən sığınacaq istəyənlərin sayında artış qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, Avropa Birliyinə (AB) üzv ölklərdən sığınacaq istəyənlərin sayı ilin ilk üç ayı ilə  müqayisədə 4 % artıb.

Bu barədə məlumatı Almaniya Statistika Ofisi (Eurosat) yayıb. Məlumatda deyilir ki, sığınacaqla bağlı müraciət son üç ayda ilin ilk üç ayı ilə müqayisədə 4 % artaraq 136 700 olub. İlin ilk üç ayında bu rəqəm 131 400 olaraq qeydə alınmışdı.

Sığınacaqla bağlı müraciət edənlərsin sırasında ilk yeri Suriya, İraq, Əfqanıstan və Venesuela kimi ölkələrin vətəndaşları tutur.

Statistikaya görə, ilin son üç  ayında sığınacaq istəyi ilə bağlı ən çox müraciət Almaniyaya olub. 33 700 nəfər son üç ayda Almaniyadan sığınacaq istəyib. Bu rəqəm Fransada 26 100 olaraq qeydə alınıb. Növbəti sıralarda İspaniya və Yunanıstan gəlib.