“Rusiya prezidenti Vladimir Putinlə yeni görüşü səbirsizliklə gözləyirəm”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə növbəti görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri arasında ilk görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olub. O, Vladimir Putinlə sammiti indiyədək keçirdikləri arasında ən yaxşı görüş adlandırmışdı.