Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: “İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.

Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Allah rəhmət eləsin!