UEFA 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə verib.

“Report” xəbər verir ki, bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 2019-cu il UEFA Superkubokunda da VAR-dan istifadə olunacaq.

UEFA videotəkrar sistemini AVRO-2020-nin və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində, eləcə də 2020/2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən sonrakı bölümündə tətbiqini planlaşıdırır.