Fərhad Çağtürk / AzEuroNews.com ► 2 ay əvvəl Qarsda sərhədi keçdiyinə görə, erməni hərbçiləri tərəfindən saxlanılan 16 yaşlı Umut Ali azad edilib. AzEuroNews.com xəbər verir ki, Türkiyəyə təhvil verilən U.Ali gözyaşlarını saxlaya bilməyib. O, sərhəd keçid məntəqəsini keçən kimi torpağı öpüb.

Məlumat üçün qeyd edək ki, Qarsın Akyaka qəsəbəsindən olan U.Alinin heyvanları yaylaqda otlayan zaman Ermənistan sərhəddini keçib. Heyvanlarını qaytarmaq üçün gedən 16 yaşlı gənci erməni hərbçiləri saxlayaraq əsirlər üçün nəzərdə tutulan həbsxanaya gətiriblər.

Alinin valideynləri iddia edirdi ki, ona Ermənistanda işgəncə verilir.

Umut Alinin bacısı 8 yaşlı Bengü Nisa Özmen sosial şəbəkə vasitəsi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etmişdi. O, qardaşının Ermənistandakı həbsxanadan buraxdırılmasını xahiş etmişdi.

Bundan sonra Türkiyə Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyana zəng vuraraq U.Alinin dərhal azad edilməsini tələb etmişdi.

Foto © DHA, AA