Belçika Müdafiə Nazirliyi “Google”u məhkəməyə verməyə hazırlaşır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb şirkətdən “Google Maps” servisindəki xəritələrdə göstərilən bəzi hərbi və strateji obyektləri retuşlamaqdan boyun qaçırmasıdır.

Qeyd edək ki, Belçika tərəfi ölkə Hərbi Hava Qüvvələrinin Limburq əyalətində və Arden dağlarında yerləşən bazaları, habelə nüvə elektrik stansiyaları, Antverpen limanındakı neft terminalları çox aydın göstərildiyi üçün “Google”dan onları retuşlamağı xahiş etmişdi.