Əvvəlki həftələrdə bazara çıxan “iPhone XS” və “iPhone XS Max” OLED ekran HDR dəstəyini təmin edir. Təbii ki ekranlardakı HDR dəstəyi üçün də tətbiqlər yenilənir.  Modern.az xəbər verir ki, “YouTube” da “iPhone XS” və “iPhone XS Max” üçün yenilənən tətbiqlərdən biridir.

Yəni güncəlləmədən sonra “YouTube” iOS tətbiqi HDR (High Dinamic Range) videoları bu telefonda tam rahatlıqla baxa bilərsiz. Bundan əvvəl “Youtube”dakı HDR videolar yalnız “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” modellərində işləyirdi.

Tətbiqə HDR dəstəyi gəlməsinə baxmayaraq, 1080P yuxarı görüntülərdən hələ istifadə edilə bilmir. Android istifadəçiləri videoları istədiyi təqdirdə 1440 piksel olaraq aça bilər. Lakin “Youtube iOS”da bu 1080P ilə məhdudlaşır. Bunun səbəbi “Apple” və Google-un VP9 həlledicisindən istifadə etmək istəməməsidir.