Foto © kubische-panoramen.de
Foto © kubische-panoramen.de

Fərhad Çağtürk / AzEuroNews.com / BONN ►Almaniyada “Qaçqınlar günü” ilə bağlı mitinqlər keçiriləcək. AzEuroNews.com xəbər verir ki, belə mitinqlərdən biri  bu gün Almaniyanın Bonn şəhərində ölkənin Sosial Demokratlar Partiyasının (SDP) təşkilatçılığı ilə baş tutacak.

Şəhərin mərkəzində, “Münsterplatz” deyilən ərazidə baş tutacaq mitinqin əsas şüarı “Qaçqınları qoruyaq”dır.

Əvvəlcə partiya nümayəndələri Almaniyanın qaçqın siyasəti, Aralıq dənizində qaçqın ölümlərinin artması, Almaniyanın bəzi əyalətlərində qaçqınlara qarşı nümayiş etdirilən dözümsüzlük  və s. mövzularda çıxış edəcəklər.

Mitinq daha sonra konsert proqramı ilə davam edəcək.