Futbolçu Kriştiano Ronaldo amerikalı Ketrin Moyorq adlı qadın tərəfindən məhkəməyə verilib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, iddialara görə, 33 yaşlı futbolçu 2009-cu ildə Las-Veqasda otellərdən birində qadına təcavüz edib.

Ketrinin sözlərinə görə, əmisi oğlu ilə Las-Veqasa gələn Ronaldo onunla otellərdən birində görüşüb. Hadisədən sonra ona 375 min dollar verərək susmasını istəyib. Lakin Moyorq indi təcavüz iddiası ilə Nevada ştatının məhkəməsinə müraciət edib.

Məlumat Ronaldoya da çatdırılıb. O, iddiaları əsasız sayıb.

Hazırda faktla bağlı araşdırılmalara başlanılıb.