MDB Müdafiə Nazirləri Şurasının növbəti, 75-ci iclası oktyabrın 10-12-də ilk dəfə Daşkənd şəhərində keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbir “Özbəkistan” forumlar sarayında baş tutacaq.

Bildirilib ki, MDB Müdafiə Nazirləri Şurası çərçivəsində əməkdaşlıq ölkənin strateji təhlükəsizlik məsələlərini əvvəlcədən planlaşdırmağa və həll etməyə, həmçinin regionda sülhü və sabitliyi təmin etməyə imkan verir.