Fərahim İlqaroğlu /AzEuroNews.com / Köln  ► Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Kölndə məscid açlışını etməsinə az qala şəhərdə etiraz aksiyaları keçirilir. AzEuroNews.com Kölndən xəbər verir ki, hazırda etriazçılar Köln mərkəz camesinə gedən küçələrə doluşubar. Polis onların məscidə tərəf yaxınlaşmasına icazə vermir.

Eyni zamanda səhər saatlarından Ərdoğanı görmək üçün Kölnə gələn türklərin ardı kəsilmir. Əllərində Türkiyə bayrağı və Ərdoğanın şəkilləri ilə came önünə toplaşırlar.

Ərdoğanın iştirakı ilə Köln mərkəz camesinin rəsmi açılışı yerli vaxtla saat 14- də baş tutacak.