Foto © Fərahim İlqaroğlu /AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu /AzEuroNews.com

Fərahim İlqaroğlu /AzEuroNews.com / Köln  ► Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kölndə onu gözləyən türklərlə görüşə bilməyib. AzEuroNews.com Almaniyanın Köln şəhərindən xəbər verir ki, Köln mərkəz camesinin açlışını izləmək və Prezident Ərdoğanı görmək üçün bu şəhərə gələnlər saatarla gözlədikdən sonra dağılışıblar.

Türkiyə Prezidenti keçən il fəaliyyətə başlayan Köln camesinin rəsmi açılışını etdikdən sonra gedib. Ərdoğanı gözləyən türklər məscidin açlışı əsnasında onun üçün dəstək şüarları səsləndiriblər.

Avropanın müxtəlif ölkələrindən gələn türklər Türkiyə Prezidentinin məscidin açılışını etdikdən sonra onlarla görüşməsini istəyib. Amma, Ərdoğan camenin açlışını etdikdən sonra onu gözləyən türklərlə görüşmədən gedib.

Məlumat üçün bildirək ki, 2017-ci ildə fəaliyyətə başalayan Köln mərkəz camesinin rəsmi açılışı üçün Kölnə gələn Türkiyə Prezidentinin burada yaşayan türklərlə görüşəcəyi gözlənilirdi.