Dünya futbolunun ulduzu Kriştianu Ronaldu zorlama haqqında məqaləyə görə Almaniyanın “Spiegel” nəşrini məhkəməyə verəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun vəkilləri jurnaldan təzminat almağa çalışacaqlar.

Bildirilir ki, məqalə şəxsi həyat haqqında xəbəri şübhələrə yuvarladığı üçün yolverilməzdir. “Spiegel”in baş redaktorunun müavini qeyd edib ki, məqalənin dərcindən əvvəl qızın şikayətləri ilə bağlı Ronaldunun vəkillərinə dəfələrlə yazılı müraciət edib.

Futbolçuya qarşı zorlama iddialarını ABŞ vətəndaşı olan qadın irəli sürüb.