Fərahim İlqaroğlu/ AzEuroNews.com / Bonn ► Almaniyadakı həmvətənlərimiz Birləşmiş Millətlər Təşkilatının (BMT) Bonn şəhərində yerləşən binası qarşısında “Qarabağa azadlıq” tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə AzEuroNews.com-a Almaniyada yaşayan həmvətənimiz Çağlar Qasımov məlumat verib.

Onun sözlərinə görə,  aksiya  yerli vaxtla saat 14:30-da başlayıb.

Ç.Qasımov bildirib ki, Bonn şəhərində yaşayan həmvətənlərimiz Bakıda keçirilən “Qarabağa azadlıq” ümumxalq mitinqinə mənəvi dəstək vermək məqsədi ilə BMT-nin Bonn şəhərində yerləşən qərargahının qarşısına toplaşıblar.

Aksiyada BMT-dən 93-cü ildə Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğalçı dövlət olduğunu sübut edən 822, 853, 874 və 884 saylı qətnamələrinin tətbiq olunmasını təmin etməsi tələb edilib.

Aksiyada çıxışlar Azərbaycan və Alman dilində edilib.