Kanadanın Müdafiə Nazirliyi hərbi qulluqçulara saqqal saxlamağa icazə verən əmr imzalayıb.

“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Bununla bağlı hazırlanan qanun layihəsində saqqala qulluq üçün təlimat var. Qeyd olunur ki, hərbi qulluqçular təhlükəsizliyin təmin edilməsi məqsədilə üzlərini qırxa bilərlər. Saqqal isə 2 santimetrdən uzun olmamalıdır. Saqqalın kənarları səliqə ilə qırxılmalıdır. Amma boyun və almacıq hissəsi qırxılmalıdır.

Qeyd edilir ki, təkcə quru qoşunlarının qulluqçularına saqqal saxlamağa icazə verilib.

Yeniliyin orduda mənəvi ruhu artıracağı və xidmətə daha çox kanadalıları cəlb edəcəyi gözlənilir. Kanada ordusunda saqqal saxlamağa qadağa İkinci Dünya Müharibəsi dövründən qüvvədə olub.