9 C
Baku
Ana Sayfa Dünya Avropa Makedoniyanın adı dəyişdirilir – Referendum

Makedoniyanın adı dəyişdirilir – Referendum

46

Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Dövlət Seçki Komissiyasının (DSK) yaydığı məlumata əsasən, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Səs verənlər “Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazişi qəbul etməklə Aİ və NATO-ya daxil olmanı dəstəkləyirsiz?” sualına cavab verəcəklər.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun – 903 min vətəndaşın səs verməsi tələb olunur.

Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.