Fərhad Çağtürk/ AzEuroNews.com / Düsseldorf   Almaniyada yaşamaq hüququ ala bilməyən və öz vətəninə könüllü qayıtmaq istəyənlərə yardımın yeni mərhələsi başlayır. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstrən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniya hökuməti qayıdış proqramına dəstək verən fondların fəaliyyətini dəstəkləməyə qərar verib.

Belə ki, keçən cümə günü Almaniyanın Federal Daxili İşlər Nazirliyi elan edib ki, “Jumpsttart Plus” (Könüllü qayıdış) proqramının maliyyələşdirilməsinə dəstək 15 sentyabr 2018-ci ildən yenidən başlayıb. Aksiya 31 dekabr 2018-ci il tarixə kimi davam edəcək. Yeni başlanan layihə “Sizin vətən. Sizin gələcək. İndi !” adlanır.
Bu aksiya könüllü qayıdan repatriantlara vətənində 12 ay müddətində layiqli reinteqrasiyaya yardıma hesablanıb.
2018-ci ilin dekabr ayının sonuna kimi könüllü olaraq vətəninə qayıtmaq istəyənlərə ölkəsində mənzil xərclərinin ödənilməsi üçün 3 000 avroya kimi subsidiya verilməsi nəzərdə tutulub.
Qayıtmağa qərar verən ailə həmin məbləğın bir hissəsini natura formasında, məsələn, mənzil kirayəsi, mətbəxin və ya hamamın tikilməsi, təmiri və ya yenidən qurulması üçün 3000 avroya kimi, subay şəxslər isə 1000 avroya kimi ala bilərlər. Geri qayıtma ərizələr ilə qayıdışla bağlı fəaliyyət göstərən istənilən mərkəzə müraciət etmək mümkündür.
Yardımın konkret olaraq hansı formada göstərilməsi haqqında daha dəqiq və detallı məlumatı Beynəlxalq Miqrasiya Təşkilatının ofisindən əldə edə bilərsiniz. 

 

“Leqat”dan  bildirilib ki, hazırda Start JumpPlus proqramı aşağıdakı qaydada həyata keçirilir: 

Birinci səviyyə: Qaçqın statusu verilməsi mərhələsində olan 1 nəfər yetkinlik yaşına şatan şəxs və yaşı 12 yaşdan yuxarı olan uşaqlar üçün (1 200 avro , 12 yaşına kimi olan şəxslər üçün 600 avro),
İkinci səviyyə: Məhkəmə prosesini uduzan və rədd cavabı alan şəxslər üçün ( 12 yaşından yuxarı olanlar üçün 800, 12 yaşına kimi olan uşaqlar üçün 400 avro). Bundan başqa ailələrə əlavə olaraq 500 avro verilməsi də mümkündür.

Məlumat üçün quid edək ki, Almaniyada StarthilfePlus proqramını Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirir.