Fərhad Çağtürk/ AzEuroNews.com / Bonn ►Almaniyada “Qaçqınlar Günü” ilə bağlı böyük şəhərlərdə mitinqlər keçirilir. AzEuroNews.com xəbər verir ki, belə mitinqlərdən biri  Almaniyanın Bonn şəhərində ölkənin Sosial Demokratlar Partiyasının (SDP) təşkilatçılığı ilə baş tutub.

Şəhərin mərkəzində, “Münsterplatz” deyilən ərazidə baş tutan mitinqin əsas şüarı “Qaçqınları qoruyaq” olub.

Əvvəlcə partiya nümayəndələri Almaniyanın qaçqın siyasəti, Aralıq dənizində qaçqın ölümlərinin artması, Almaniyanın bəzi əyalətlərində qaçqınlara qarşı nümayiş etdirilən dözümsüzlük  və s. mövzularda çıxış ediblər.

Kilsə zənglərinin sədaları altında Aralıq dənizində həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.

Mitinq daha sonra konsert proqramı ilə davam edib.