Elmi araşdırmalar sübut edir ki, almanın qabığı orqanizmdə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Alimlər soyulmamış meyvə yeməyin onkoloji xəstəliklər riskini azaltdığını açıqlayıb. AzEuroNews.com bildirir ki, alma qabığının tərkibində təhlükəli elementlərin fəaliyyətini dayandıran protein miqdarı çoxdur.

Bundan başqa alma qabığı ürək-damar sisteminin güclənməsi üçün də olduqca faydalıdır.

Harvard tədqiqatçılarının təcrübələri göstərir ki, ümumiyyətlə çox miqdarda meyvə, tərəvəz  xüsusəndə alma yemək xərçəng riskini azaldır. Özəlliklə kələm, brokoli və narıncı rəngdə olan meyvələr insan sağlamlığı üçün olduqca faydalıdır.