Google şirkəti 2018-ci ildə Apple-a 9 milyard dollar ödəniş etməlidir. Bu ödəniş iphone və iphad cihazlarında olan Safari brauzeri vasitəsi ilə Google-da edilən axtarışlara görə hesablanır.

AzEuroNews.com bildirir ki, dörd il əvvəl bu ödəniş 1milyard dollar, 2017-ci ildə isə 3 milyard dollar olub. Məlumata görə 2019-cu ildə bu miqdarın 12 milyard dollara qədər yüksələcəyi gözlənilir.

İllik ödəmələr analitiklər tərəfindən Siri səs köməkçisi və İOS cihazlarında olan Safari brauzeri tərəfindən Google-da aparılan axtarş sayına görə hesablanır.