ATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 3-6-da Qırğız Respublikasının paytaxtrı Bişkekdə keçiriləcək.

“Report” “Kabar” agentliyinə istinadən xəbər verir ki, sessiyada Avropanın 57 ölkəsindən 300-dən çox deputatı iştirak edəcək.

Bildirilib ki, yığıncağın açılışına Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, parlamentin sədri Dastanbek Cumabekov və ATƏT PA sədri Georgi Tsereteli də qatılacaq.

Sessiya çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusu müzakirə olunacaq.