Fərhad Çağtürk / AzEuroNews.com ► Türkiyə 639 suriyalı qaçqını ölkədən deportasiya edib. 

AzEuroNews.com  xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyəyə sığındıqdan sonra adı adam oğurluğu, soyğunçuluq, adam yaralama və s. cinayət hadisəsinə qarışan Suriya vətəndaşları həbs ediliblər.

639 suriyalı haqqında yerli məhkəmə deportasiya qərarı çıxarıb. 

Mahmud və Məsud Dağ
Mahmud və Məsud Dağ

Məlumat üçün qeyd edək ki, ötən gün Şanlıurfada suriyalıların yaşadığı məhəllədə Mahmud və Məsud Dağ adlı iki türk Suriya vətəndaşları tərəfindən odlu silahla qətlə yetiriliblər.

Qəzəbli şanlıurfalılar suriyalıların olduğu məhəllələrə hücum edərək orada onlara aid ticarət obyektlərini yerlə-yeksan ediblər.

Şanlıurfada yaşayan Suriya vətəndaşları sosial şəbəkələrdə müraciət yayaraq bu olayları pisləyiblər. Onlar iki türkü qətlə yetirən şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb ediblər. Müraciətlərdə vurğulanıb ki, Türkiyə ən ağır vaxtda onlara qucaq açıb, yardım edib. Onlar Türkiyə dövlətinə bir ömür boyu minnətdar olduqlarını söyləyiblər.