Lenovo tezliklə 4 kameralı smartfon istehsal etməyi planlaşdırır. Bu barədə şirkətin vitse-prezidenti Çanq Çenq Çin sosial şəbəkədə məlumat verib.

AzEuroNews.com bildirir ki, weibo sosial platformunda çıxan məlumatda smartfon haqqında əlavə informasiya verilməyib. Bu ay çıxması gözlənilən Lenovo smartfonunda süni intellekt texnologiyasından istifadə olunacağı bildirilib.