Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında, Kara regionunda PKK terror qruplaşmasının obyektlərinə hava zərbələri endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 4 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.