“Instagram” sosial platformasının yeni baş direktoru məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkənin qurucuları Kevin Sistr və Mayk Kriqerer məlumat yayıb.

Sosial şəbəkənin yeni direktoru Adam Mosseridir.

Mosseri “Instagram”da bütün bölmələrin idarəçilik qaydalarını müəyyən edəcək.

Qeyd edək ki, o, 2008-ci ildə “Facebook”un dizayn bölməsində çalışıb.

Sistr və Kriqer isə ötən həftə “Instagram” rəhbərliyindən istefa verəcəklərini bildirmişdilər.