Bir neçə gün əvvəl aktrisa Hande Erçeldən ayrılan müğənni Murad Dalkılıçın indi də başqası ilə eşq yaşadığı iddia olunur.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktyorun aktrisa Melis Sezenlə sevgili olduğu deyilir. Yayılan xəbərlərdən sonra Melis bu barədə açıqlama verib:

“Son günlərdə Murad Dalkılıçla haqqımda çıxan xəbərlər gerçək deyil. Onunla gözəl bir film çəkdik. Sevgili olduğumuz iddiaları yalandır”.
Qeyd edək ki, Murad aktrisa Merve Boluğurla evli idi. Bir müddət sonra boşanan Dalkılıç ardınca da Hande Erçellə eşq yaşamağa başlamışdı. Lakin ikilinin münasibəti çox davam etmədi.