ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir.

Bunu özəl olaraq Trend-ə ATƏT PA-nın nümayəndəsi Net Parri deyib.

N.Parri deyib: “Dağlıq Qarabağ münaqişəsi gündəlikdə yoxdur, biz bir çox mövzular ətrafında, o cümlədən Dağlıq Qarabağ münaqişəsi kimi uzanmış münaqişələr barədə fikir mübadiləsinin olacağını gözləyirik. İclasda Azərbaycandan və Ermənistandan parlamentarilər olacaq. Biz bu uzanmış münaqişənin nizamlanması üçün ümumi dilin tapılması məqsədilə sivil və konstruktiv dialoqa ümid edirik”.

Qeyd edək ki, ATƏT PA-nın 17-ci payız sessiyası oktyabrın 3-8-i Bişkekdə keçiriləcək.