Foto © Ralph / pixabay.com
Foto © Ralph / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ► “Almaniyada hakimiyyətdə olan partiyaların təşkil etdiyi koalisiyanın komitə iclasında “İmmiqrasiya haqqında” qanun layihəsi ilə bağlı razılıq əldə edilib. Bu isə o deməkdir ki, qanun qəbul ediləcək”. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Məlumatda deyilir ki, hakimiyyətdə olan partiyaların təşkil etdiyi koalisiya komitələrinin dünən axşam keçirilən iclasında sözügedən qanun layihəsinin parlamentə təqdim olunması haqqında razılığa gəlinib : “Qanun layihəsinə görə, Almaniya bundan sonra əmək bazarında tələb olunan sahələr üzrə daha çox mütəxəssislərin işə cəlb edilməsinə çalışacaq.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Almaniya siyasətçiləri hesab edirlər ki, ölkə Kanadada həyata keçirilən siyasətə bənzər immiqrasiya siyasəti həyata kecirməli və bununla bağlı müvafiq qanun qəbul etməlidir. Almaniyanın federal əmək naziri Hubertus Hayl qanun layihəsinin qəbulunu alqışlayaraq bildirib ki, sənəd tələb olunan mütəxəssisin ölkəyə cəlb olunması baxımından çox əhəmiyyətli ola bilər.

Daxili İşlər naziri Horst Seehoferin isə qanun layihəsini yeni ilə kimi ali qanunverici orqan olan Bundestaqa təqdim etmək niyyətini açıqlayıb. Əvvəlcədən xəbər verdiyimiz kimi bu qanun qəbul olunandan sonra ilk növbədə Almaniyada işləyən sığınacaq axtaran şəxslərə immiqrant statusu (müvəqqəti yaşamaq icazəsi) veriləcəyi nəzərdə tutulub”.