Braziliya polisi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamı irəli sürüb.

AZƏRTAC “lemonde.fr” saytına istinadla xəbər verir ki, ittiham “Petrobras” dövlət neft şirkəti ətrafında yaranan qalmaqalla bağlıdır.

İttiham sabiq prezidentin BPT OAS şirkəti vasitəsilə ailəsi üçün qanunsuz olaraq aldığı bir mənzil və villa ilə bağlı irəli sürülüb. Qeyd edilən mülklərin ümumi qiyməti 750 min dollar dəyərində qiymətləndirilir.

Əgər Lulaya qarşı ittihamlar təsdiqini taparsa, o, 2018-ci ildə keçiriləcək seçkilərdə üçüncü prezidentliyinə namizədliyini irəli sürə bilməyəcək.