Fransa prezidenti Emmanuel Makron daxili işlər naziri Jerar Kollonun istefasını qəbul edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Bazar ertəsi axşam xəbər verilib ki, Kollon istefa ərizəsi yazıb, lakin Makron bunu qəbul etməyib.

Telekanalın məlumatına görə, Fransa prezidenti çərşənbə axşamı sonda Kollonun istefasını qəbul edib və baş nazir Eduar Filipdən yenisi təyin olunanadək gedən naziri müvəqqəti əvəzləməyi xahiş edib.

Bildirilir ki, çərşənbə günü Nazirlər Şurası Kollonun iştirakı olmadan keçiriləcək.