Fransalı məşqçi Zinedin Zidan İngiltərənin “Mançester Yunayted” klubunda çalışmaqdan imtina edib.

Oxu.Az xəbər verir ki, mütəxəssis mövsümün ortasında komanda çalışdırmaq istəməyib.

O düşünür ki, mövsümün ortasında götürdüyü komandanın mümkün uğursuzluğu onun reputasiyasına zərbə vura bilər.

Həmçinin, imtinada onun ingiliscə bilməməsi faktı da dayanır. “Le Parisien” nəşri qeyd edir ki, Zidan vaxtı ilə futbol oynadığı İtaliyanın “Yuventus” komandasını çalışdırmaq istəyir.

Qeyd edək ki, dünən yayılan xəbərlərdə Zinedin Zidanın Turin klubunun baş direktoru postunu tutacağı bildirilirdi.