Havalar soyuduqca virusa yoluxmaların sayı artacaq.

Bunu Oxu.Az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib.

Onun sözlərinə görə, uşaqların xəstələnməsin ciddi virusla bağlı deyil:

“Uşaqlarda olan baş, qulaq ağrılarının səbəbi müalicə almamaqdır. Onlara keçən ilk infeksiyalar ağırlaşma verir. Həmin vaxt müalicə almalıdırlar”.

Vaqif Qarayev bildirib ki, xəstə uşaqlar məktəbə getməməlidir:

“Çünki həm özləri gec sağalacaq, həm də digər uşaqların virusa yoluxmasına səbəb olacaqlar. Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılır. Anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər”.