3-5 oktyabr tarixlərində  saat 14.00-dan 16.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) aparılan yenidənqurma işləri aparılacaq.

“Azəişıq”ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonu Quşçuluq Massivi, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində və 110/35/10 kV-luq “Zabrat” y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədar Bağlar ETSİ-nin xidmət ərazisində – Məhəmmədi kəndində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.