Müasir dövrdə tez-tez rastlaşdığımız problemlərdən biri də depressiyadır. Araşdırmalara görə dünyada 300 milyondan çox insan bu psixoloji problemdən əziyyət çəkir.

Mütəxəssislər qida ilə insanın psixoloji vəziyyəti arasında əlaqəni müəyyən etmək üçün araşdırmalar aparıb. Tədqiqatlardan sonra “fast food”a üstünlük verən insanların depressiyaya meyilli olduğu məlum olub. AzEuroNews.com bildirilir ki, bu qidaların tərkibində olan şəkər, yağ stress və depressiyaya səbəb olur.

Bu cür psixoloji problemlərlə qarşılaşmaq istəmirsinizsə daha çox meyvə və tərəvəz, qoz, tum yeməyiniz məsləhət görülür.