Ştefan Vakvitz
Ştefan Vakvitz

Fərahim İlqaroğlu/ AzEuroNews.com /Bonn ► Beş il Gürcüstan, Azərbaycan və Ermənistanda yaşayan alman yazıçı Ştefan Vakvitz kitab yazıb. AzEuroNews.com  xəbər verir ki, “Dünyanın unudulmuş mərkəzi : Tiflis, Bakı və İrəvan arasındakı yolda” (Die vergessene Mitte der Welt : Unterwegs zwischen Tiflis, Baku, Eriwan) adlı kitabda yazar yaşadığı beş il müddətində bu Qafqaz ölkələrində şahidi olduğu hadisələri qələmə alıb. Ş. Vakvitz azərbaycanlılar, ermənilər və gürcülərin adət-ənənələrinə, mədəniyyətlərinə işıq salmaqla yanaşı, Qafqazın bu üç ölkəsinin ortaq yönlərinə də kitabında geniş yer verib.

Kitabın təqdimatı 9 oktyabr yerli vaxtla saat 20-də Almaniyanın Bonn şəhərində “Mann-Straße 41, 53111 Bonn”  ünvanında yerləşən “Böttger” kitab mağazasında olacaq.

Təqdimetmə mərasimində bu şəhərdə yaşayan azərbaycanlılar, gürcü və ermənilərin iştirak edəcəyi gözlənilir.