İstanbul bələdiyyəsinin aidiyyəti qurumları daha öncə saxlanılmış, daha çox Harun Yahya kimi tanınan Adnan Oktarın villasını sökməyə başlayıb.

Trend-in məlumatına görə, villanın sökülməsinə dair qərarın icrasına səhər saatlarında başlanılıb.

Qeyd edək ki, daha öncə, A.Oktarın bütün əmlakı müsadirə olunması barədə qərar çıxarılıb.

Xatırladaq ki, A.Oktar və onun 235 tərəfdarı bu ilin iyul ayında saxlanılmışdı.