Məşhur aktyor Necati Şaşmaz iştirak etdiyi tədbirdə “Kurtlar Vadisi” serialı ilə bağlı açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Necati Şaşmaz “Yeni bir layihəmiz var, Kurtlar Vadisi deyil, “Nöbet” adlıdır”.

İstanbulda “İstanbul Muhafızları: Ab-ı Hayat Çeşmesi” filminin təqdimat mərasimində Necati Şaşmaz da iştirak edib. Aktyor “Kurtlar Vadisi” pərəstişkarlarına bəd xəbər verib: “Yeni bir layihəmiz var, Kurtlar Vadisi deyil, “Nöbet” adlıdır”.

“Bir serial layihəmiz var. İnşallah bir də yaxın vaxtlarda kino filmi olacaq. Təbii ki, hamısı növbə ilə. “Kurtlar Vadisi” deyil. Yeni serial “Nöbet” adlanır. Antalya ətrafında çəkiləcək. Mən artıq daha çox çizgi filmə yönəlmək istəyirəm. Çünki uşaqların təhsilinə önəm verilən dövrdəyik”,  – deyə Necati Şaşmaz jurnalistlərə bildirib.