Arzu Oqtay
Arzu Oqtay

Fərhad Çağtürk/ AzEuroNews.com   Finladiyanın Helsinki şəhərində Azərbaycan məktəbini bağlatdırdığı iddia olunan şəxs AzEuroNews.coma danışıb. 

Ötən gün saytımız Helsinkidə Azərbaycan məktəbinin bağlandığı ilə bağlı məlumat almışdı. Araşdırmamız zamanı oduqca maraqlı məlumatlar əldə etmişdik. Məlumatda iddia edilirdi ki, Kəmalə adlı həmvətənimiz Helsinkidə yaşayan azərbaycanlıların uşaqları üçün bir binadan yer kirayələyib. Balaca sinif otaqlarında azərbaycanlı uşaqlara Azərbaycan dili, tarixi və mədəniyyəti tədris olunurmuş. Lakin bir müddət sonra məktəbin fəaliyyəti Finlandiya hökuməti tərəfindən dayandırılıb. Buna səbəb isə, bu təhsil ocağının fəaliyyəti ilə bağlı edilən şikayət göstərilib.

AzEuroNews.com məktəbi Finladiya hökümətinə şikayət edənin kimliyini də öyrənmişdi. Bu  Avropa Azərbaycanlıları Konqresinin xanım üzvlərindən biridi idi. Lakin xəbər saytımıza hazırlanarkən onun məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmamışdı.

Nəhayət bu gün Azərbaycan məktəbini şikayət edərək bağlatdırdığı iddia edilən Arzu Oqtay adlı həmvətənimiz AzEuroNews.com-la əlaqə saxlayaraq deyilənlərə aydınlıq gətirib : “Heç mümkündür ki, Avropada kimsə kiminsə açdığı bir yeri bağlatdırsın? Kim nə istəyirsə açır və heç kimin nə hüququ, nə də ixtiyarı çatar ki, onu bağlatdırsın. Bu məlumatı sizə ötürən kimdirsə görünür onun Avropa qanunlarından xəbəri yoxdur”.

A.Oqtay vurğulayıb ki, iddialar tamamilə yalandır: “Finladiyada kim nə işlə məşğul olmaq istəyirsə gedib bələdiyyəyə müraciət edir, yer alır və həmin işlə məşğul olur. Mənim deyəcəyim bu qədər”.