Fərhad Çağtürk / AzEuroNews.com ► Almaniyada keçirilən “Açıq məscid günü” ilə bağlı bütün məscidlər qapılarını insanların üzünə açıb. AzEuroNews.com  xəbər verir ki, hər il olduğu kimi bu il də məscidləri ziyarət edənlərin arasında qeyri-müsəlmanların sayı olduqca yüksək olub.

Xüsusilə, Kölndəki Mərkəz Camesini ziyarət edənlərin ardı-arası kəsilməyib.

Bu il də məscid imamları ziyarətçilərə İslam dini haqqında geniş məlumat verib.

İslam dininin bir sülh dini olması, müsəlmanların digər dinlərə ibadət edənlərlə birlikdə sülh və qardaşlıq şəraitində yaşadığı vurğulanıb.

Məlumat üçün qeyd edək ki, son illər Almaniyada İslamı qəbul edənlərin sayında artım müşahidə edilir.

Belə ki, bir çox xristian ailədə doğulanlar sonradan İslam dinini seçərək müsəlman olurlar.