UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycanın “Qarabağ” klubu İngiltərənin “Arsenal” klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyunun artıq 4-cü dəqiqəsində qonaqların oyunçusu Sokratis komandasını hesabda irəli çıxarıb – 0:1. İlk hissə qonaqların minimal üstünlüyü ilə başlayıb.

İkinci hissəyə “Qarabağ” hücumlarla başlasa da, 53-cü dəqiqədə “Arsenal”ın oyunçusu E.Smit-Rou fərqlənib- 0:2.

Oyunun sonlarına yaxın qonaqlar “Qarabağ”ın qapısından daha bir top keçirib. Bu dəfə M.Quendouzi fərqlənib – 0:3.

Beləliklə oyun qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu Portuqaliyanın “Sportinq” klubunu qəbul edib. Oyuna qonaqlar fəal başlasada ev sahibinin oyunçusu V.Kulaç 10-cu dəqiqədə fərqlənərək komandasını hesabda irəli çıxarıb – 1:0.

Oyunun sonuncu 90-cı dəqiqəsində qonaqlar ev sahibinin qapısına yol tapıb. Qonaqların oyunçusu F.Montero fərqlənib – 1:1.

Qonaqlar bununla kifayətlənməyib 90+3-cü dəqiqədə daha bir top vuraraq hesabı 1:2 ediblər. Bu dəfə J.Kabral fərqlənib.

Beləliklə, oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.