Yaponiyanın “Toyota” şirkəti dünya üzrə 2,4 mın.dan çox hibrid avtomobili mühərriklərindəki problem səbəbindən geri çağırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, geriyə yığım müxtəlif modelləri, o cümlədən məşhur “Prius” modelini də əhatə edəcək.

Yaponiyadan 1,25 mln. ədəd, ABŞ-dan 830 min ədəd, Avropadan isə 290 min ədəd avtomobilin geri çağırılacağı bildirilir.